News from Azerbaijan Higher Technical Schools

QOZ QABIĞINDAN ƏLDƏ EDİLƏN AKTİVLƏıDİRİLMİı KÖMÜRÜN XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ

DOI: DOİ: https://doi.org/ 10.32010/QADR5504

Abstract

Tədqiqatın məqsədi: Suyun çirkləndiricilərdən təmizlənməsi üçün bitki mənşəli tullantılardan istifadə etməklə nisbətən ucuz başa gələn adsorbentin sintezidir. Bu məqsədlə, qoz qabığı tullantılarından kimyəvi aktivləşdirilmə üsulu ilə adsorbent kimi istifadəyə yararlı olan aktiv kömür hazırlanmışdır. Tədqiqatın metodu: Karbonlaşma prosesi 3 saat müddətində 450°C temperaturda mufel sobasında həyata keçirilmişdir. Aktivləşdirici agent kimi fosfat turşusu (H₃PO₄) və Na qələvisinin 1N məhlulu 1:1 kütlə nisbətində istifadə olunmuşdur. Əldə edilmiş aktiv kömürün xüsusiyyətlərinin müəyyənləşdirilməsi üçün hazırlanmış nümunələrin yod ədədi və metilen mavisinin udulmasına görə səth sahəsinin təyini analizləri aparılmış, skanedici elektron mikroskopundan (SEM) istifadə etməklə kömür səthinin morfologiyası, atom tərkibi, İnfraqırmızı spektroskopiya üsulu (FTIR) ilə funksional qrupların varlığı müəyyən edilmişdir. Adsorbent neft və boyaq maddələri kimi üzvi çirkləndiricilərin adsorbsiyası üçün istifadə edilmişdir. Adsorbsiyanın eksperimentləri 296 K temperaturda, müxtəlif pH göstəriciləri və ilkin çirkləndirici konsentrasiyaları şəraitində 48 saat ərzində aparılmışdır.
Tədqiqatın nəticələri: Yod ədədinin təyini əsasında müəyyən edilmişdir ki, qoz qabığının tozundan alınan aktivləşdirilmiş kömür qismən mezo ölçülü məsamələrə malik olsa da, əsasən mikroməsaməli quruluşa malik adsorbent növüdür. Nümunələrin element tərkibinin analizi göstərmişdir ki, tərkibdə əsasən O, C, P, Na,Si, Ca, Sb, K və cüzi miqdar Fe elementləri mövcüddür. 800µm ölçüdə böyüdülmüş SEM şəkli adsorbentin məsaməli quruluşa malik olduğunu təsdiq etmiş, infraqırmızı (İR) spektrlər isə hazırlanan aktiv kömürün səthində hidroksil, karbonil və karboksil kimi oksigenli funksional qrupların mövcudluğunu açıq şəkildə təsdiqləmişdir. Aparılan tədqiqat nəticəsində qoz qabıqlarından kimyəvi üsulla modifikasiya olunmuş aktivləşdirilmiş karbon nümunələri əldə edilmişdir. Nümunələrin fiziki-kimyəvi xüsusiyyətlərinin təyini göstərmişdir ki, modifikasiya prosesi adsorbentlərin pH göstəricisinə və adsorbsiya qabiliyyətinə əhəmiyyətli təsir göstərmişdir. Yod ədədinin nəticələri nümunələrin inkişaf etmiş məsamə quruluşuna və yüksək adsorbsiya qabiliyyətinə malik olduğunu təsdiq etmişdir.

Keywords

Download PDF Back to Archive
CONVERSION OF WOOD PROCESSING WASTE INTO BIOCHAR AND ITS EFFECT ON SOIL FERTILITY