News from Azerbaijan Higher Technical Schools

Gips tullantılarının istifadəsi ilə beton hazırlanması

DOI: DOİ: https://doi.org/10.32010/XLWR1678

Abstract

Tədqiqatın məqsədi: Məqalə gipskarton tullantılarının betonda istifadəsinə həsr olunmuşdur. Tədqiqatda tullantı gips kartonlardan əldə edilən təkrar emal olunmuş gips tozu, betonda sementin qismən əvəz edilməsi üçün uçucu kül ilə birlikdə istifadə olunur. Gips tullantılarından əldə edilmiş gips tozu betonda istifadə edilən yapışdırıcı tozun 10, 20% miqdarını əvəz etməklə yoxlanmışdır. Bununla yanaşı, sementin tərkibinin 50% hissəsi sənaye proseslərində çıxan uçucu kül ilə əvəz edilmişdir. Müşahidə edilmişdir ki, gipsin istifadəsi bağlayıcının hidrofob xassəsini artırır. Bu səbəbdən qarışığın axıcılığını və qəliblənmə prosesini tənzimləmək üçün superplastifikatordan istifadə edilmişdir. Tədqiqat üçün bir sıra müxtəlif tərkibli beton qarışığı hazırlanmışdır. Nümunələr 7, 28 və 90 gün nəm mühitdə saxlandıqdan sonra möhkəmlik testləri yoxlanmışdır. Tədqiqatın nəticələri göstərdi ki, gipsin sementi əvəzləməsi nəticəsində betonun möhkəmlik xassələri əvvəlki yaş dövrlərində uçucu kül əlavə edilməsi nəticəsində əvəzlənməmiş nümunəyə nisbətən zəifləyir. Lakin, zaman keçdikcə hidratlaşma nəticəsində beton quruluşunun möhkəmlənməsi artır və tədricən hesablanmış gücünü əldə edir. 90 gündən sonra 50% uçucu kül tərkibli nümunənin sıxılmada möhkəmlik həddi qatqısız nümunə ilə müqayisədə təqribən eyni olmuşdur. Bununla da, gips əlavəsinin sıxılma möhkəmliyinə mənfi təsir göstərmədiyi müəyyən edilmişdir.
Tədqiqatın metodu: Sementin bir hissəsi gips tullantısı və uçucu kül ilə 70%-ə qədər əvəz edilmiş, müxtəlif tərkibli beton qarışıqları hazırlanmışdır. Nümunələr 7, 28 və 90 gün müddətində saxlanılmış və sıxılma və əyilmə möhkəmliyi üzrə müqayisəli analiz aparılmışdır.
Tədqiqatın nəticələri: Nəticələr göstərmişdir ki, 7 günlük nümunələrdə əvəz olunmuş tərkiblər əvəzlənməmiş nümunələrə nisbətən daha aşağı sıxılma və əyilmə möhkəmliyi göstərmişdir. Lakin 90 günlük nümunələrdə möhkəmlik artmış və qənaətbəxş nəticələr əldə olunmuşdur.

Keywords

Download PDF Back to Archive
TULLANTI SULARIN ÇÖKÜNTÜLƏRİNDƏKİ ORQANİK MADDƏNİN BIO¬KON¬VER¬SİYA PROSESİ