AZƏRBAYCANDA MİNİMUM ƏMƏKHAQQININ YOXSULLUĞA TƏSİRLƏRİNİN EKONOMETRİK QİYMƏTLƏNDİRİLMƏSİ (ARDL–ECM YANAŞMASI TİMSALINDA)
Abstract
Bu məqalədə minimum əməkhaqqının makroiqtisadi proseslərdə rolu zaman sırası ekonometrik metodları əsasında empirik şəkildə araşdırılmışdır. Tədqiqatın əsas məqsədi minimum əməkhaqqı göstəricisinin iqtisadi dinamikaya təsirini qiymətləndirmək və dəyişənlər arasında uzunmüddətli əlaqənin mövcudluğunu müəyyən etməkdir. Analizdə minimum əməkhaqqı (LOGMW) və əsas makroiqtisadi göstəricilər üzrə illik məlumatlar-dan istifadə olunmuşdur. Seriyaların stasionarlıq xüsusiyyətləri ADF, KPSS, GLS, PP və Zivot–Andrews testləri vasitəsilə yoxlanılmış, qırılmaların mövcudluğu nəzərə alınmışdır. Əldə edilən nəticələr minimum əməkhaqqı seriyasının səviyyədə qeyri-stasionar, lakin birinci fərqdə və struktur qırılması daxil edildikdə stasionar olduğunu göstərmişdir. Uzunmüddətli əlaqələrin qiymətləndirilməsi məqsədilə ARDL sərhəd tes-tindən və error correction modelindən (ECM) istifadə olunmuşdur. Bounds test nəticələri güclü kointegrasiya, ECM-də düzəliş əmsalının mənfi və statistik əhəmiyyətli olması dəyişənlər arasında sabit uzunmüddətli taraz-lıq mexanizminin mövcudluğunu təsdiqləyir. ECM nəticələrinə əsasən, qısamüddətli sapmaların müəyyən hissəsi növbəti dövrlərdə aradan qalxır. Ümumilikdə, tədqiqat minimum əməkhaqqı siyasətinin istər qısa-müddətli, istərsə də uzunmüddətli sosial-iqtisadi tənzimləmə aləti kimi çıxış etmədiyini göstərir.
Keywords
minimum əməkhaqqı
stasionarlıq
ARDL modeli
ECM