İKT-nin sürətli inkişafının inkişaf etməkdə olan ölkələrdə iqtisadi artıma təsiri: regional müqayisəli təhlil
Abstract
Bu tədqiqat 2002-2022-ci illər üçün, İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturunun inkişaf etməkdə olan ölkələrin (İEOÖ) iqtisadi artımına təsirini regional müqayisəli təhlil yolu ilə araşdırır. Avropa, Asiya, Afrika və Amerika regionları üzrə məlumatların əlçatanlığı və regionu təmsil etmə qabiliyyətinə əsasən hər regiondan 4 ölkə olmaqla ümumilikdə 16 ölkənin seçim əsasında qruplaşdırılaraq panel məlumat analizləri əsasında müqayisə aparılmışdır. İKT-nin iqtisadiyyatın müxtəlif sektorlarında böyümə üçün əsas hərəkətverici qüvvə hesab edildiyi nəzərə alınaraq, enerji təminatına çıxış, kapital yığımının artımı, internet istifadəçilərinin sayı, eləcə də İKT məhsullarının ixracı və idxalının adambaşına düşən ÜDM-in illik artım faizinə olan təsiri qiymətləndirilir. Nəticələr göstərir ki, hökumətlər inkişafı təşviq etmək üçün infrastrukturun genişləndirilməsinə və İKT investisiyalarına lazımi vəsait ayırmalıdırlar və hər regionda İKT investisiyalarının artması iqtisadi artıma müsbət təsir edir; lakin təsirin səviyyəsi regiondan-regiona dəyişir.
Keywords
İKT
İqtisadi Artım
Reqressiya Təhlili
Kapital Yığımı
İnternet İstifadəsi
Panel Verilənlər Təhlili
GMM
Fixed Effects
model OLS
Barro modeli
Solow Paradoksu.