News from Azerbaijan Higher Technical Schools

İŞSİZLİKDƏN SIĞORTA VƏSAİTLƏRİNİN MƏŞĞULLUĞUN ARTIRILMASINDA İSTIFADƏSININ İQTİSADI ASPEKTLƏRİ

DOI: DOİ:https://doi.org/10.32010/UKTH5669

Abstract

Məqalədə işsizlikdən sığorta vəsaitlərinin məşğulluğun artırılmasında istifadəsinin iqtisadi aspektləri tədqiq edilmişdir. Müasir əmək bazarında işsizlikdən sığorta sistemi yalnız sosial müdafiə mexanizmi kimi deyil, həm də aktiv məşğulluq siyasətinin mühüm maliyyə aləti kimi çıxış edir. Tədqiqat çərçivəsində məşğulluq siyasətinin nəzəri əsasları klassik, keynsçi, monetarist, institusional və insan kapitalı nəzəriyyələri konteks-tində araşdırılmışdır. Müəyyən edilmişdir ki, işsizlikdən sığorta vəsaitlərinin peşə hazırlığı, yenidən ixtisas-laşdırma, özünüməşğulluq və aktiv əmək bazarı proqramlarına yönəldilməsi əmək bazarının səmərəliliyinə müsbət təsir göstərir. Tədqiqat zamanı müqayisəli təhlil, statistik təhlil və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Almaniya, İsveç, ABŞ, Danimarka və Cənubi Koreya təcrübələri müqayisəli şəkildə araş-dırılmış, həmin ölkələrdə işsizlikdən sığorta fondlarının aktiv məşğulluq proqramlarının maliyyələşdi-rilməsində rolu qiymətləndirilmişdir. Eyni zamanda Azərbaycanın təcrübəsi təhlil edilmiş, işsizlik səviyyəsi, aktiv məşğulluq tədbirləri və işsizlikdən sığorta vəsaitlərinin istifadə istiqamətləri araşdırılmışdır. Tədqiqatın nəticələri göstərmişdir ki, işsizlikdən sığorta vəsaitlərinin aktiv məşğulluq tədbirlərinə daha geniş cəlb olun-ması insan kapitalının inkişafına, işsizliyin azaldılmasına və iqtisadi artımın stimullaşdırılmasına mühüm töh-fə verə bilər.

Keywords

Download PDF Back to Archive
SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ TƏHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİNİN İQTİSADİ ASPEKTLƏRİ