News from Azerbaijan Higher Technical Schools

MANQAN (II) İONLARININ DİHİDROKVERSETİN İLƏ SULU MÜHİTDƏ KOMPLEKSƏMƏLƏGƏLMƏ REAKSİYASININ TƏDQİQİ VƏ OPTİMALLAŞDIRILMASI

DOI: https://doi.org/10.32010/IWBR3478

Abstract

Bu tədqiqat işində manqan (II) ionlarının flavonoid dihidrokversetin (DHQ) ilə sulu mühitdə kompleks əmələgəlmə reaksiyası geniş şəkildə öyrənilmiş və prosesin optimal şərtləri müəyyən edilmişdir. Tədqiqatın əsas məqsədi kompleks əmələgəlmə reaksiyasına təsir edən əsas amillərin – pH mühiti, temperatur, reaksiya müddəti, reagentlərin mol nisbəti və ilkin konsentrasiyaların məhsul çıxımına təsirinin sistemli şəkildə araşdırılması olmuşdur.Aparılan eksperimental nəticələr göstərmişdir ki, DHQ ilə manqan (II) duzlarının qarşılıqlı təsiri pH 6.9–7.9 intervalında və DHQ:Mn²⁺=1:1–1:3 mol nisbətində aparıldıqda metal : liqand=1:1 stexiometrik nisbətə malik kompleks birləşmə əmələ gəlir. Reaksiya şərtlərinin optimallaşdırılması nəticəsində maksimum məhsul çıxımı (95%) aşağıdakı şərtlərdə əldə edilmişdir: pH 7.7, temperatur 70°C, reaksiya müddəti 15 dəqiqə, DHQ : Mn²⁺ mol nisbəti 1:1.5 və ilkin konsentrasiyalar müvafiq olaraq 0.020 mol/l və 0.030 mol/l.Müəyyən edilmişdir ki, pH-ın artması flavonoidin deprotonlaşmasını artıraraq kompleks əmələgəlmə qabiliyyətini yüksəldir, lakin yüksək qələvi mühitdə flavonoidin strukturunun dəyişməsi səbəbindən bu proses zəifləyə bilər. Temperaturun 60°C-dən 70°C-yə qədər artırılması reaksiyanın sürətini və məhsul çıxımını artırsa da, daha yüksək temperaturda əhəmiyyətli artım müşahidə olunmamışdır. Reaksiya prosesinin əsas hissəsi ilk 5–15 dəqiqə ərzində baş verir ki, bu da reaksiyanın sürətli kinetikaya malik olduğunu göstərir.Kompleks birləşmənin tərkibi və quruluşu İQ spektroskopiyası, termoqravimetrik analiz (TG), diferensial skan edən kalorimetriya (DSC), rentgen-flüoresans analizi (XRF) və elektron paramaqnit rezonans (EPR) üsulları vasitəsilə ətraflı tədqiq edilmişdir. Aparılan analizlər nəticəsində kompleksin ehtimal olunan kimyəvi formulu [MnL(OH)(H₂O)₂] kimi təklif olunmuşdur.

Keywords

Download PDF Back to Archive
üz qabığı