AZƏRBAYCAN RESPUBLİKASINDA ƏRZAQ TƏHLÜKƏSİZLİYİNƏ TƏSİR EDƏN XARICI AMİLLƏRİN TƏHLİLİ
Abstract
: Son illərdə qlobal iqtisadi sistemdə baş verən dəyişkənliklər Azərbaycanın ərzaq təhlükəsizliyi üçün mühüm çağırışlar yaratmışdır. Qlobal maliyyə böhranları, enerji bazarlarında volatillik, geosiyasi gərginliklər və iqlim dəyişmələri beynəlxalq ərzaq bazarlarında qiymət qeyri-sabitliyini gücləndirərək idxaldan asılı ölkələrin daxili bazarlarına birbaşa təsir göstərir. Azərbaycan iqtisadiyyatının açıq xarakter daşıması və bir sıra əsas ərzaq məhsulları üzrə idxal asılılığının mövcudluğu bu təsirlərin daxili bazarlara ötürülmə sürətini artırır. Ərzaq qiymətlərinin artımı Azərbaycanda yalnız iqtisadi deyil, eyni zamanda sosial xarakterli problemlər yaradır. Aşağı və orta gəlirli əhali qrupları üçün ərzaq xərclərinin ailə büdcəsində payının artması real rifahın azalma-sına səbəb olur və sosial müdafiə mexanizmlərinə olan təzyiqi gücləndirir. Məqalədə qlobal iqtisadi sistemdə baş verən dəyişkənliklərin Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinə təsiri kompleks şəkildə təhlil edilir. Qlobal maliyyə böhranları, enerji və gübrə qiymətlərinin volatilliyi, valyuta məzənnələrinin dəyişkənli-yi, iqlim riskləri və beynəlxalq ticarət məhdudiyyətlərinin Azərbaycanın ərzaq bazarlarında qiymət formalaş-masına və əhalinin ərzağa çıxış imkanlarına təsir mexanizmləri araşdırılır. Təhlillər göstərir ki, qlobal qiymət şokları xüsusilə idxal payı yüksək olan ərzaq məhsulları üzrə daxili qiymət sabitliyini zəiflədir, real gəlirlərin azalmasına və sosial rifah risklərinin artmasına səbəb olur. Məqalədə dövlətin qiymət tənzimləmə mexanizm-lərinin, strateji ərzaq ehtiyatlarının yaradılmasının və aqrar sektorun dayanıqlı inkişafına yönəlmiş siyasətin Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu əsaslandırılır.
Keywords
Azərbaycan
ərzaq təhlükəsizliyi
iqtisadiyyat
xarici amillər
dövlət tənzimlənməsi