Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi: ticarət siyasəti, gömrük tənzimlənməsi və rəqabət qabiliyyəti
Abstract
Xülasə: Məqalədə Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi üzrə mövcud iqtisadi və hüquqi çərçivə çoxşaxəli şəkildə təhlil olunur. Araşdırma göstərir ki, qeyri-neft məhsullarının dünya bazarları-na çıxışını ləngidən əsas hüquqi baryerlər – sertifikatlaşdırma prosedurlarının mürəkkəbliyi, texniki tənzimləmə və uyğunluq standartlarının çoxpilləli strukturu, eləcə də gömrük rəsmiləşdirilməsi zamanı institusional qeyri-səmərəliliklər – ixrac prosesinin ümumi xərclərini artırır və müəssisələrin rəqabət gücünü zəiflədir. Məqalədə Azərbaycanın ixrac strukturunun hazırkı mənzərəsi, əsas məhsullar üzrə rəqabət üstünlükləri, qiymət elastikliyi və regional bazarlarda yerləşmə imkanları analitik göstəricilər əsasında qiymətləndirilir. Bununla yanaşı, ixracatçılar üçün tətbiq edilən fiskal stimulların, subsidiyala-rın, vergi güzəştlərinin və dövlət proqramlarının effektivliyi tənqidi yanaşma ilə araşdırılır.
Keywords
Qeyri-neft ixracı; ticarət siyasəti; gömrük tənzimlənməsi; ixrac baryerləri; sertifikatlaşdırma; texniki standartlar; rəqabət qabiliyyəti; qiymət elastikliyi; fiskal stimullar; ixrac təşviqləri; institusional islahat-lar; ixracyönlü inkişaf; Azərbaycan iqtisadiyyatı.