İqtisadi sistemin rəqabət qabiliyyətliliyinin mövcud strukturunun təhlili və onun dayanıqlılığının ölçülməsi mexanizmləri
Abstract
Müasir dövrdə iqtisadi sistemlərin rəqabət qabiliyyətinin artırılması və dayanıqlı inkişafın təmin olun-ması qlobal iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biridir. Bu baxımdan milli iqtisadiyyatın strukturunun təhlili və onun dayanıqlılığının qiymətləndirilməsi xüsusi elmi və praktiki əhəmiyyət kəsb edir.Bu məqalədə iqtisadi sistemin rəqabət qabiliyyətliliyinin mövcud strukturunun təhlili və onun dayanıqlılığının ölçülməsi mexanizmləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi rəqabət mühiti-nin formalaşmasının iqtisadi inkişaf və dayanıqlılıq üzərində təsirini müəyyən etməkdən ibarətdir. Bu kontekstdə Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq (MKOS) sektorunun inkişaf dinamikası, onun iqtisadiyyatdakı rolu və struktur xüsusiyyətləri statistik məlumatlar əsasında təhlil edilmişdir.Bu məqalədə iqtisadi sistemin rəqabət qabiliyyətliliyinin mövcud strukturunun təhlili və onun dayanıqlılı-ğının ölçülməsi mexanizmləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi rəqabət mühitinin formalaşma-sının iqtisadi inkişaf və dayanıqlılıq üzərində təsirini müəyyən etməkdən ibarətdir. Bu kontekstdə Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq (MKOS) sektorunun inkişaf dinamikası, onun iqtisa-diyyatdakı rolu və struktur xüsusiyyətləri statistik məlumatlar əsasında təhlil edilmişdir.Aparılan təhlil göstərir ki, son illərdə qeyri-neft sektorunun genişlənməsi, sahibkarlıq fəaliyyətinin artması və rəqabət mühitinin güclənməsi iqtisadi sistemin dayanıqlılığını əhəmiyyətli dərəcədə artırmışdır. Xüsusilə əlavə dəyər, məşğulluq və əməkhaqqı göstəricilərində müşahidə olunan artım iqtisadi inkişafın keyfiyyətcə yüksəldiyini göstərir. Bununla yanaşı, investisiya səviyyəsində müşahidə olunan dalğalanmalar və regionlararası inkişaf fərqləri mövcud problemlər kimi müəyyən edilmişdir.Məqalədə iqtisadi daya-nıqlılığın qiymətləndirilməsi üçün müasir metodoloji yanaşmalar – indikator əsaslı təhlil, xərc-effektivlik yanaşması və struktur analiz metodları nəzərdən keçirilmişdir. Eyni zamanda rəqabət mühi-tinin inkişafı ilə innovasiya, rəqəmsallaşma və insan kapitalı arasında qarşılıqlı əlaqə müəyyən edil-mişdir.Nəticə etibarilə, iqtisadi sistemin rəqabət qabiliyyətliliyinin artırılması və dayanıqlılığının təmin olunması üçün kompleks yanaşmanın tətbiqi zəruridir. Bu yanaşma çərçivəsində sahibkarlığın inkişa-fının dəstəklənməsi, investisiya mühitinin yaxşılaşdırılması, regional balansın təmin edilməsi və inno-vasiya fəaliyyətinin genişləndirilməsi əsas prioritet istiqamətlər kimi çıxış edir.
Keywords
Rəqabət
dayanıqlı inkişaf
iqtisadiyyat
sahibkarlıq
innovasiya