Neft-qaz sənaye müəssisələrinin dövriyyə kapitalının idarə edilməsinin təkmilləşdirilməsi yolları
DOI:
10.32010/QVSW8785
Abstract
Müasir iqtisadi şəraitdə neft-qaz sənaye müəssisələrinin maliyyə dayanıqlığının təmin olunması və rəqabət qabiliyyətinin artırılması üçün dövriyyə kapitalının səmərəli idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Dövriyyə kapitalı müəssisənin gündəlik fəaliyyətinin fasiləsiz həyata keçirilməsini təmin edən əsas maliyyə resurslarından biri hesab olunur. Xüsusilə enerji sektorunda fəaliyyət göstərən müəssisələrdə istehsal dövrünün mürəkkəbliyi, yüksək maliyyə tutumluluğu, dünya enerji bazarlarında qiymət dəyişkənliyi və logistika riskləri dövriyyə kapitalının idarə edilməsinə xüsusi yanaşmanın tətbiqini zəruri edir. Məqalədə neft-qaz sənaye müəssisələrində dövriyyə kapitalının iqtisadi mahiyyəti, onun əsas elementləri, idarəetmə mexanizmləri və səmərəlilik göstəriciləri tədqiq edilmişdir. Eyni zamanda müəssisələrdə likvidlik səviyyəsinin qorunması, debitor borclarının optimallaşdırılması, ehtiyatların idarə olunmasının təkmilləşdirilməsi və pul vəsaitlərinin effektiv bölgüsü istiqamətində mövcud problemlər araşdırılmışdır. Tədqiqat zamanı müqayisəli təhlil, sistemli yanaşma və iqtisadi-statistik metodlardan istifadə olunmuşdur.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi, risklərin çevik idarə olunması və maliyyə planlaşdırılmasının optimallaşdırılması neft-qaz sənaye müəssisələrinin dövriyyə kapitalından istifadənin səmərəliliyini artırır. Məqalədə həmçinin beynəlxalq təcrübə əsasında dövriyyə kapitalının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində praktiki tövsiyələr verilmişdir.

Keywords
dövriyyə kapitalı
neft-qaz sənayesi
maliyyə idarəetməsi
debitor borcları
likvidlik
ehtiyatların idarə olunması