Z-ədəd əsaslı soft computıng modelı ılə enerjı ıstehlakı anomalıyalarının beşsəvıyyəlı rısk qıymətləndırılməsı
Abstract
Məqalədə enerji istehlakı anomaliyalarının Z-ədəd əsaslı soft computing modeli vasitəsilə beşsəviyyəli risk qiymətləndirilməsi məsələsi araşdırılır. Müasir enerji sistemlərində istehlak göstəricilərinin kəskin və ya tədri-ci dəyişməsi texniki nasazlıqlar, qeyri-səmərəli istifadə, istehsal rejimində dəyişikliklər və xarici mühit amilləri ilə bağlı ola bilər. Bu səbəbdən enerji sərfiyyatında baş verən anomaliyaların yalnız aşkarlanması deyil, həm də onların risk səviyyəsinə görə düzgün təsnif edilməsi mühüm əhəmiyyət daşıyır. Tədqiqatda qeyri-müəyyənlik və natamam informasiya şəraitində qərar qəbuletməni dəstəkləyən Z-ədəd yanaşmasının üstünlükləri əsaslandırılır. Z-ədəd modeli qiymətləndirmə göstəricisi ilə yanaşı, həmin göstəricinin etibarlılıq dərəcəsini də nəzərə aldığından enerji istehlakı risklərinin daha real və çevik müəyyənləşdirilməsinə imkan yaradır. Məqalədə enerji istehlakı anomaliyaları çox aşağı, aşağı, orta, yüksək və çox yüksək risk səviyyələri üzrə qiymətləndirilir. Təklif olunan model qeyri-səlis məntiq, ekspert qiymətləndirmələri və soft computing prinsiplərinə əsaslanaraq enerji idarəetmə sistemlərində erkən xəbərdarlıq, monitorinq və profilaktik təd-birlərin planlaşdırılması üçün praktik alət kimi çıxış edir. Tədqiqatın nəticələri göstərir ki, Z-ədəd əsaslı ya-naşma klassik statistik metodlarla müqayisədə qeyri-müəyyən verilənlərin emalında daha səmərəli nəticələr verə bilər. Gələcək tədqiqatlarda modelin real enerji istehlakı verilənləri üzərində sınaqdan keçirilməsi və süni intellekt alqoritmləri ilə inteqrasiyası məqsədəuyğun hesab olunur.
Keywords
Z-ədəd
soft computing
enerji istehlakı
anomaliya
risk qiymətləndirilməsi
qeyri-səlis məntiq