Neftlərin emala göndərməzdən əvvəl qatran-asfalten-parafin tərkibinə uyğun əmtəə çənlərində kompaundlaşdırlmasının vacibliyi
Abstract
Məqalədə neft emalı zavodlarına (NEZ) göndərməzdən əvvəl müxtəlif neft növlərinin qarışdırılması zamanı qarışıq komponentlərinin optimal nisbətinin müəyyən edilməsi problemi araşdırılmışdır. Tədqiqatın əsas diqqət mərkəzində müxtəlif mənşəli neftlərin birgə emalı zamanı onların fiziki-kimyəvi uyğunluğunun təmin olunması dayanır. Mövzunun aktuallığı son illərdə dünya bazarında neft qiymətlərinin dəyişməsi, xammal bazasının müxtəlifləşməsi, neft məhsullarına olan tələbatın artması və emal proseslərinin daha çevik idarə olunması zərurəti ilə izah olunur. Bu şəraitdə mədənlərdə müxtəlif neftlərin qarışdırılması halları geniş yayıl-mış və optimal qarışdırma sxemlərinin hazırlanması mühüm texnoloji məsələyə çevrilmişdir.
Məqalənin məqsədi müxtəlif rus neftlərinin qarışıq daxilində elə optimal nisbətini müəyyən etməkdir ki, qarı-şığın stabilliyi və texnoloji uyğunluğu təmin edilsin. Tədqiqat çərçivəsində uyğunsuzluq meyarı əsasında nəzəri və praktiki yanaşmalar tətbiq edilmişdir. Əldə olunan nəticələr normal texnoloji neft yük axınları sxeminə uyğun olaraq qarışıq komponentlərinin mümkün optimal paylarını müəyyən etməyə imkan vermişdir. Bundan əlavə, qarışdırma prosesi zamanı baş verən həcm itkisi də qiymətləndirilmişdir. Aparılmış müqayisələr göstərmişdir ki, istifadə olunan metodikaların nəticələri bir-birinə yaxın olub, onların sənaye şəraitində tətbiqi praktiki baxımdan məqsədəuyğundur.

Keywords
qatran
asfalten
paraffin
kompaund
uyğunsuzluq.