News from Azerbaijan Higher Technical Schools

REGİONLARDA KƏND TƏSƏRRÜFATININ DİVERSİFİKASİYALAŞDIRILMASINDA KİÇİK VƏ ORTA BİZNESİN ROLU

DOI: https://doi.org/10.32010/MYAC6508

Abstract

Tədqiqatın məqsədi məqalədə regionlarda kənd təsərrüfatının diversifikasiyalaşdırılmasında kiçik və orta biz-nesin rolu araşdırılmışdır. Regionların inkişaf prosesləri ilə bağlı problemlər açıqlanmış və sistemləşdirilmiş-dir. Sahibkarlığın inkişafına mane olan amillər təhlil olunmuşdur. Kiçik və orta sahibkarlığın regionlarda əhəmiyyəti qeyd edilmişdir. Sahibkarlıq subyektlərinin kənd təsərrüfatının inkişafında çoxfunksiyalı fəaliyyəti təhlil edilmişdir. Müasir dövrdə Azərbaycanın regionlarında kənd təsərrüfatının diversifikasiyalaşdırılmasında kiçik və orta biznesin rolunun artırılması üzrə tövsiyələr hazırlanmış və təkliflər verilmişdir.
Tədqiqatın metodu kimi analiz, sintez, müqayisə, statistika və ümumiləşdirmə metodlarından istifadə olun-muşdur. Eyni zamanda, regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsində kiçik və orta biznesin roluna dair araşdırmalar aparan tədqiqatçıların elmi əsərlərinə istinad olunmuşdur.
Tədqiqatın nəticələri – regionlarda kənd təsərrüfatının inkişaf problemlərinin həll edilməsi və onun strukturu-nun genişləndirilməsində kiçik və orta biznesin rolunun artırılması istiqamətlərində daha təsirli tədbirlərin görülməsində faydalı ola bilər.

Keywords

Download PDF Back to Archive
Qarabağ Və Şərqi Zəngəzurda ekoloji təmiz ərzaq məhsulları istehsalı kompleksinin yaradılması istiqamətləri