News from Azerbaijan Higher Technical Schools

DÖVLƏT BÜDCƏSININ IQTISADI TƏNZIMLƏMƏDƏ ROLU VƏ MALIYYƏ SIYASƏTININ INKIŞAF PRIORITETLƏRI

DOI: https://doi.org/10.32010/EYNQ1964

Abstract

Məqalədə Azərbaycan iqtisadiyyatında dövlət maliyyə siyasətinin tənzimləyici rolu və müasir inkişaf prioritetləri araşdırılmışdır. Tədqiqatda dövlət maliyyə siyasəti makroiqtisadi sabitliyin qorunması, iqtisadi artımın dəstəklənməsi, sosial rifahın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı və struktur transformasiyanın maliyyələşdirilməsi baxımından təhlil edilmişdir. Nəzəri yanaşmalar əsasında müəyyən edilmişdir ki, dövlət maliyyə siyasəti yalnız büdcə gəlir və xərclərinin idarə olunması mexanizmi deyil, həm də iqtisadiyyatın uzunmüddətli inkişaf istiqamətlərini formalaşdıran strateji tənzimləmə alətidir.Məqalədə dünya təcrübəsi müqayisəli şəkildə qiymətləndirilmiş, Avropa İttifaqı, Norveç, Sinqapur, Cənubi Koreya, Çili və OECD ölkələrinin fiskal idarəetmə modelləri təhlil edilmişdir. Müəyyən olunmuşdur ki, uğurlu maliyyə siyasəti fiskal intizam, strateji ehtiyatların qorunması, nəticəyönümlü büdcə idarəetməsi, şəffaflıq və insan kapitalına yönəlmiş investisiyalar əsasında formalaşır. Bu təcrübələrin Azərbaycan üçün əsas əhəmiyyəti neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun maliyyə mexanizmləri ilə stimullaşdırılması və büdcə xərclərinin səmərəliliyinin artırılması ilə bağlıdır.2016-2025-ci illər üzrə statistik göstəricilərin təhlili göstərmişdir ki, Azərbaycan iqtisadiyyatında dövlət maliyyə siyasəti müxtəlif mərhələlərdə həm sabitləşdirici, həm də inkişafyönümlü funksiya yerinə yetirmişdir. Büdcə gəlirlərinin və xərclərinin nominal artımı dövlətin iqtisadi proseslərdə maliyyə rolunun gücləndiyini göstərir. 2020-ci ildə büdcə xərclərinin artması fiskal siyasətin böhran şəraitində iqtisadiyyatı dəstəkləyən rolunu nümayiş etdirmiş, 2025-ci ildə isə büdcənin profisitlə icra olunması fiskal dayanıqlığın gücləndiyini göstərmişdir. Bununla yanaşı, investisiya fəallığının azalması və qeyri-neft sektorunda artım tempinin məhdudlaşması maliyyə siyasətinin növbəti mərhələdə daha çox məhsuldar sahələrə, ixracyönümlü istehsala, innovasiyalara və insan kapitalına yönəldilməsini zəruri edir.Nəticə etibarilə, Azərbaycan iqtisadiyyatında dövlət maliyyə siyasətinin əsas inkişaf prioritetləri qeyri-neft sektorunun genişləndirilməsi, dövlət xərclərinin nəticəyönümlü idarə olunması, investisiya mühitinin yaxşılaşdırılması, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, regionların tarazlı inkişafı və fiskal dayanıqlığın qorunması ilə bağlıdır. Bu istiqamətlər maliyyə siyasətinin yalnız cari büdcə idarəetməsi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın əsas təminat mexanizmi olduğunu göstərir.

Keywords

Download PDF Back to Archive
ЦИФРОВАЯ ТРАНСФОРМАЦИЯ И ЭКОНОМИЧЕСКАЯ БЕЗОПАСНОСТЬ В УСЛОВИЯХ МЕНЯЮЩЕЙСЯ КОНЪЮНКТУРЫ ГЛОБАЛЬНОЙ ХОЗЯЙСТВОВАНИЯ