News from Azerbaijan Higher Technical Schools

SOCAR-da daxili maliyyə nəzarəti sistemlərinin instıtusional əsasları və effektivlik analizi

DOI: DOİ:https://doi.org/10.32010/KJTF4951

Abstract

Bu məqalədə State Oil Company of the Azerbaijan Republic-da daxili maliyyə nəzarəti sistemlərinin mövcud vəziyyəti və onların səmərəliliyinin artırılması məsələləri araşdırılmışdır. Müasir dövrdə iri dövlət şirkətlərində maliyyə resurslarının düzgün idarə olunması, şəffaflığın təmin edilməsi və risklərin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan daxili maliyyə nəzarəti sistemləri yalnız yoxlama funksiyası ilə məhdudlaşmır, həm də idarəetmənin keyfiyyətini yüksəldən mühüm vasitə kimi çıxış edir. Araşdırma za-manı müəyyən edilmişdir ki, SOCAR-da daxili maliyyə nəzarəti sistemləri mövcud olsa da, onların tətbiqində bəzi çatışmazlıqlar qalmaqdadır. Xüsusilə risklərin sistemli qiymətləndirilməməsi, bəzi nəzarət mexanizmləri-nin formal xarakter daşıması və rəqəmsal alətlərin məhdud istifadəsi sistemin effektivliyini azaldır. Bununla yanaşı, daxili audit fəaliyyətinin potensialından tam istifadə olunmaması da diqqət çəkən məqamlardandır. Məqalədə bu problemlərin aradan qaldırılması üçün praktiki istiqamətlər təklif edilmişdir. Bunlara daxili audi-tin gücləndirilməsi, risk əsaslı yanaşmanın tətbiqi, nəzarət proseslərinin rəqəmsallaşdırılması və kadr poten-sialının inkişafı daxildir. Bu tədbirlər həyata keçirildiyi təqdirdə, maliyyə nəzarəti daha operativ, şəffaf və effektiv şəkildə təşkil oluna bilər. Nəticə etibarilə, daxili maliyyə nəzarəti sistemlərinin təkmilləşdirilməsi SOCAR-ın maliyyə dayanıqlılığını gücləndirəcək, idarəetmə qərarlarının keyfiyyətini artıracaq və şirkətin ümumi fəaliyyət effektivliyinə müsbət təsir göstərəcəkdir.

Keywords

Download PDF Back to Archive
EKOLOJİ BƏRPA SİYASƏTİ VƏ YAŞIL İQTİSADIYYATIN İNKİŞAFI: POST-MÜHARİBƏ REGIONLARININ TRANSFORMASİYASI