AZƏRBAYCANIN QEYRİ-NEFT SAHƏLƏRİNDƏ RƏQABƏTQABİLİYYƏTİN ARTIRILMASI VƏ İXRAC POTENSİALININ FORMALAŞDIRILMASI
Abstract
Azərbaycanın qeyri-neft sektorunun inkişafı iqtisadi dayanıqlılığın əsas şərtlərindəndir. Məqalədə 2010–2024-cü illər üzrə qeyri-neft ÜDM-nin dinamikası, ixracın məhsul və bazar strukturu, kənd təsərrüfatı və emal sənayesinin rolu təhlil edilmişdir. Tədqiqatda orta illik artım tempi, struktur dəyişmə göstəriciləri və Herfindahl-Hirschman indeksi tətbiq olunmuşdur. Müəyyən edilmişdir ki, qeyri-neft ixracı artsa da, məhsul və coğrafi diversifikasiya məhduddur. Rəqabətqabiliyyətin artırılması üçün texnoloji yenilənmə, innovasiya, insan kapitalı, logistika, sertifikatlaşdırma və qlobal dəyər zəncirlərinə inteqrasiya əsas istiqamətlər kimi əsaslandırılmışdır.
Keywords
rəqabətqabiliyyətlilik
qeyri-neft sektoru
ixrac potensialı
diversifikasiya
iqtisadi səmərəlilik.