ÖLKƏMİZDƏ NEFT STRATEGİYASININ QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFINA TƏSİRİNİN TƏDQİQİ
Abstract
Respublikamızın iqtisadiyyatının davamlı və dayanıqlı inkişafında qeyri-neft sektorunun rolu son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Bu prosesə təsir edən əsas amillərdən biri ölkəmizin neft strategiyasının qeyri-neft sektoruna təsiri olmuşdur. Belə ki, neft strategiyasının düzgün və məqsədyönlü şəkildə həyata keçirilməsi qeyri-neft sahələrində investisiya axınını artırmağa, iqtisadi müxtəlifləşməni təmin etməyə və iqtisadiyyatın ümumi dayanıqlığını gücləndirməyə imkan verir.Əsasən, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi üçün həyata keçirilən investisiya siyasəti, vergi güzəştləri və stimulları ilə yanaşı, infrastruktur layihələrinin genişləndirilməsi və modernləşdirilməsi, maliyyə resurslarının səmərəli bölüşdürülməsi və institusional islahatlar bu prosesin əsas mexanizmləridir. Bu tədbirlər nəticəsində, müxtəlif regionlarda iqtisadi fəaliyyətlər genişlənir, yeni müəssisələr yaranır və əmək bazarında müxtəlif peşə və ixtisaslar üzrə iş yerləri açılır. neft strategiyasının düzgün və məqsədyönlü tətbiqi qeyri-neft sektorunun inkişafını dəstəkləyir, iqtisadi şaxələndirməni gücləndirir və makroiqtisadi sabitliyi təmin edir. Bu isə öz növbəsində, iqtisadiyyatın ümumi dayanıqlığını artırır, iqtisadi riskləri azaltmağa və uzunmüddətli iqtisadi inkişafı təmin etməyə imkan verir. Beləliklə, neft strategiyasının düzgün istiqamətdə həyata keçirilməsi respublikamızın iqtisadi irəliləyişində mühüm rol oynayır və ölkənin iqtisadi təhlükəsizliyini möhkəmləndirir.
Keywords
qeyri-neft sektor
neft strategiyası
investisiya
makroiqtisadi sabitlik
vergi siyasəti.