News from Azerbaijan Higher Technical Schools

Sətəm sistemlərində süni intellekt əsaslı risk qiymətləndirilməsi metodlarının tətbiqi

DOI: 10.32010/IFTA7182

Abstract

İstehsalat mühitində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və peşə risklərinin minimuma endirilməsi SƏTƏM sistemlərinin əsas prioritet istiqamətlərindən hesab olunur. Müasir texnoloji inkişaf şəraitində sənaye müəssisələrində yaranan risklərin mürəkkəbləşməsi klassik qiymətləndirmə metodlarının imkanlarını məhdudlaşdırır və yeni yanaşmaların tətbiqini aktuallaşdırır. Məqalədə süni intellekt texnologiyalarının SƏTƏM sahəsində risklərin müəyyənləşdirilməsi və idarə olunmasında istifadəsi araşdırılmışdır. Təhlükəli halların aşkar edilməsi və mümkün qəzaların əvvəlcədən proqnozlaşdırılması məqsədilə maşın öyrənməsi alqoritmləri, neyron şəbəkə modelləri və məlumatların intellektual emalı üsullarının tətbiq imkanları təhlil edilmişdir. Sensor sistemlərindən, müşahidə kameralarından və istehsalat göstəricilərindən əldə edilən məlumatların analizi nəticəsində təhlükə yarada biləcək vəziyyətlərin əvvəlcədən müəyyən edilməsinin mümkün olduğu göstərilmişdir. Süni intellekt əsaslı sistemlərin insan amili ilə bağlı səhvlərin azaldılmasına, təhlükəsizlik üzrə qərarların daha operativ qəbul edilməsinə və qəza risklərinin qiymətləndirilməsinə müsbət təsir göstərdiyi qeyd olunmuşdur. Tədqiqat çərçivəsində ənənəvi risk analiz üsulları ilə intellektual modellərin müqayisəsi aparılmış və süni intellekt yanaşmalarının daha yüksək dəqiqlik və çeviklik təmin etdiyi vurğulanmışdır. Eyni zamanda sənaye obyektlərində təhlükəsizlik nəzarətinin avtomatlaşdırılması, riskli davranışların aşkarlanması və fövqəladə halların erkən müəyyənləşdirilməsi istiqamətində bu texnologiyaların geniş tətbiq perspektivləri göstərilmişdir.

Keywords

Download PDF Back to Archive
GETE–SB₂TE₃–PBTE KVAZİ-ÜÇLÜ SİSTEMİNDƏ YENİ GEPBSB₄TE₈ DÖRDLÜ BİRLƏŞMƏSİ