Rəqəmsal transformasiya və elektron ticarətin nəzəri-iqtisadi əsasları
Abstract
Rəqəmsal transformasiya müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının həyatın bütün sahələrinə tətbiq olunması ilə bağlı genişmiqyaslı dəyişiklik prosesidir. Bu proses yalnız yeni texnologiyaların istifadəsini deyil, həm də müəssisələrin idarə olunması, biznes fəaliyyətinin təşkili və insanların davranışlarının dəyişməsini əhatə edir. Rəqəmsal transformasiyanın əsas məqsədi fəaliyyətin daha səmərəli, çevik və innovativ şəkildə qurulmasını təmin etməkdir. Elektron ticarət isə bu transformasiyanın ən mühüm nəticələrindən biri hesab olunur. İnternet və rəqəmsal platformalar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları həm müəssisələrə, həm də istehlakçılara vaxt və xərclərə qənaət etməyə imkan verir. Elektron ticarətin inkişafı müştəri məmnuniyyətinin artırılması, təhlükəsiz ödəniş sistemlərinin yaradılması, logistika xidmətlərinin təkmilləşdirilməsi və innovativ marketinq üsullarının tətbiqi ilə sıx bağlıdır. Məqalədə vurğulanır ki, rəqəmsal transformasiya və elektron ticarət bir-birini qarşılıqlı şəkildə dəstəkləyən proseslərdir. Rəqəmsal texnologiyaların inkişafı yeni elektron ticarət imkanları yaradır, elektron ticarətin genişlənməsi isə öz növbəsində rəqəmsal innovasiyalara və texnoloji infrastrukturun inkişafına təkan verir. Nəticədə bu proseslər iqtisadi inkişafın sürətlənməsinə, müəssisələrin rəqabət qabiliyyətinin artmasına və istehlakçılar üçün daha keyfiyyətli xidmətlərin təqdim olunmasına şərait yaradır.
Keywords
rəqəmsal transformasiya
elektron ticarət
rəqəmsal iqtisadiyyat
innovasiya
süni intellekt
kibertəhlükəsizlik
şəbəkə effektləri
rəqəmsal platformalar.