Qeyri-neft sektorunun inkişafında neft gəlirlərin rolu: postkovid dövrünün keyfiyyət metodu ilə təhlili
Abstract
Son illərdə Azərbaycanın qeyri-neft sektorunun inkişafında neft amilinin sabitləşdirici və inkişaf etdirici rolu yüksəkdir. Milli diversifikasiya siyasətində və xarici şoklardan qorunmaq məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xərcləri mühüm əhəmiyyət kəsb edir. Tədqiqat ARDNF-nin son beş ildə dərc olunmuş rəsmi illik hesabatlarının təhlili əsasında postkovid dövründə qeyri-neft sektorunun inkişafı üçün neft gəlirlərindən istifadənin istiqamətlərini araşdırır. Bu məqsədlə rəsmi sənədlərin təhlili kimi tanınan keyfiyyət metodu tətbiq edilib. Nəticələr göstərir ki, neft gəlirləri dövlət büdcəsini gücləndirməklə və insan kapitalının maliyyələşdirilməsi ilə qeyri-neft sektorunun uzunmüddətli inkişafında mühüm rol oynayır. Bütün bu proseslər fonunda ARDNF-nin fiskal effektivliyi yüksək uyğunlaşma qabiliyyəti nümayiş etdirib və fəaliyyətini üç fərqli xronoloji mərhələdə təşkil edib: müdafiə və qoruma mərhələsi (2020), dövri bərpa və canlanma mərhələsi (2021–2022) vəstruktur transformasiya mərhələsi (2023–2024). Cari məqalənin nəticələri Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ilə makroiqtisadi trendlərin bir-biri ilə necə uzlaşdığını anlamaq üçün sistemli elmi töhvələr verir.
Keywords
Azərbaycan iqtisadiyyatı
keyfiyyət metodları
neft sektoru
postkovid dövrü
qeyri-neft sektoru