Dördüncü sənaye inqilabi kontekstində işçi qüvvəsinin transformasiyasi və gələcək perspektivlər
Abstract
Təqdim edilən məqalədə IV Sənaye inqilabının əmək bazarına təsirləri nəzərdən keçirilmişdir. Bilindiyi kimi, IV sənaye inqilabı səbəbindən bir çox sahələrdə rəqəmsallaşmanı görmək olar. Bundan dolayı əmək bazarında tələb edilən əsas bilik və bacarıqlarda, işçilər və işəgötürənlərin tələbələrində tranformasiyanın araşdırılması, yeni yaranan peşə və bacarıqların müəyyən edilməsi məqalənin əsas hədəflərindəndir. Suni intellekt, internet, böyük data, artırılmış reallıq, ağıllı fabriklər, bulud texnologiyası, üçölçülü çap cihazları IV Sənaye inqilabı nəticəsində ortaya çıxmış və əmək bazarına əsaslı təsir etmişdir. Bu texnologiyaların tətbiqi əvvəlki dövrlərdə avtomatlaşma səbəbindən işsizliyin yaranmasından fərqli xüsusiyyət daşıyır. İnsan resursları mütəxəsiləri bu texnologiyadan istifadə edə bilən kadrlar axtarır. Digər tərəfdən bu texnologiyaların tədbiqi nəticəsində bir çox insan işsiz qalır. Onların vəziyyətinin necə olacağı ilə bağlı bir çox fikirlər irəli sürülmüşdür. “Sosial dövlət” mexanizmi bunlardan ən geniş yayılanlardan biridir
Keywords
Sənaye 4.0
əmək bazarı
yeni peşələr
rəqəmsallaşma
yeni bacarıqlar
səmərəlilik
məşğulluq.